İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü - HADİSƏ ANI
27 may 2023 19:00 (UTC +04:00)

İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü - HADİSƏ ANI

İmişlidə məktəbli qızı avtomobil vurması barədə sosial şəbəkədə görüntülər yayılıb.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində məktəbin qarşısında qeydə alınıb. Videoda "Toyota Prado" markalı avtomobilin yolu keçən məktəbli qızı vurması əks olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki. mayın 25-də saat 13 radələrində İmişli rayonu ərazisində rayonun Xəlfəli kənd sakini R.Quluyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu qaçaraq keçən məktəblinin çantasına toxunub:

"Nəticədə məktəblinin çantası çiynindən qoparaq kənara düşüb. Şagird isə yerə yıxılaraq sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti alıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır".

# 5841
avatar

Mehman Nəbiyev

Oxşar yazılar