Əməliyyatdan sonra özünü TANIMAYANLAR - VİDEO
02 may 2021 16:05 (UTC +04:00)

Əməliyyatdan sonra özünü TANIMAYANLAR - VİDEO

Estetik əməliyyatla dəyişən xarici görünüşlər bəzən özgüvən, bəzən də depressiya “bəxş” edir. 

Lent.az uğurlu estetik əməliyyatla yeni görünüşə sahib olanları təqdim edir:

Asiya Engiz

Türkiyəli Asiya Engiz adlı bu xanım uşaqkən üzü yanıb. Xarici görünüşü tam dəyişən qadın uzun illər özünü evə həbs edib. Hətta məktəbə getməkdən belə imtina edib. 2014- cü ildə dünyada ilk dəfə üz köcürmədən, estetik əməliyyatla xarici görünüşü dəyişib. Həkimlər, sadəcə öz dərisi ilə ona yeni üz hədiyyə tdiblər. 

Jannet Horroks 

57 yaşındakı ana 35 yaşlı qızı kimi görünmək istəyib. Buna görə də milyonlar xərcləyərək müxtəlif əməliyyatlarla, özünü qızına bənzədib. Estetik müdaxilələr nəticəsində 57 yaşlı qadın 20 yaş cavanlaşıb. 

Sara və Ema 

Bu qadınlardan hansının yaşlı olduğunu demək çətindir. Çünki onlar əkizdir. İngiltərədə doğulan 29 yaşlı əkizlər həm gözəl görünmək, həm də bir-birlərinə daha çox bənzəmək üçün saysız hesabsız estetik əməliyyat etdiriblər. 

Cesika Alves 

37 yaşlı braziliyalı bu qadın estetik əməliyyatdan öncə belə görünüb. O zamanlar adı Rodriqo idi. Gənc yaşlarından estetik elətdirməyə başlayan Cesika ilk dəfə özünü Barbinin sevgilisinə bənzədib. 

Bella Hadid 

Məşhur maniken etdirdiyi estetik əməliyyatlar nəticəsində hazırki görünüşə sahibdir. O, öncə burun, daha sonra dodaq dolğusu, qaş dartılması, almacıq sümüklərində dəyişiklik, və yanağındakı yağları götüzdürüb. Uğurlu keçən əməliyyat nəticəsində bu gözəlliyin anadagəlmə olduğu hiss olunur.

 Zeng Mor 

208 kilo olan amerikalı Zeng oğlu ilə oyun oynaya bilmirdi. İnad edərək 145 kilo arıqlayıb, 63 kilo olub. Dəri sallanmasından əziyyət çəkən Zeng estetik əməliyyatla bu problemi aradan qaldırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4404
avatar

Nigar Adil

Oxşar yazılar