Bakıda yaşayış binasında YANĞIN:  6 nəfər belə xilas edildi - VİDEO
08 iyun 2023 10:05 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: 6 nəfər belə xilas edildi - VİDEO

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ötən gecə  "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

# 2001
avatar

Oxşar yazılar