Bakıda "Prius" piyadaları belə vurdu – ANBAAN VİDEO
02 sentyabr 2024 12:24 (UTC +04:00)

Bakıda "Prius" piyadaları belə vurdu – ANBAAN VİDEO

Aparılan maarifləndirmə və praktiki tədbirlər nəticəsində paytaxt ərazisində piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbail rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib.

Həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər. Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Sevinc Fərid

Oxşar yazılar