Azərbaycanda məktəb direktorunu bıçaqladılar – Katibənin əri...
02 sentyabr 2024 09:22 (UTC +04:00)

Azərbaycanda məktəb direktorunu bıçaqladılar – Katibənin əri...

Astara şəhərində 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.

Bu barədə Lent.az-a Astara şəhər sakinləri məlumat verib.

Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.

Qeyd edilib ki, Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin katibəsi Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham edibmiş.

Katibə (kargüzar) Validə Məmmədova

Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin katibəsini xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə Validə Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı rayonun “Gənc Alimlər” təşkilatı da bəyanat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar

İmişlidə traktor AŞDI - Ölən var

İmişlidə traktor AŞDI - Ölən var

2 sentyabr 2024 , 11:06
Bakıda qadın sürücü qəza törətdi - ölən var

Bakıda qadın sürücü qəza törətdi - ölən var

2 sentyabr 2024 , 09:48
Bakıda məktəbli ÖLDÜ

Bakıda məktəbli ÖLDÜ

2 sentyabr 2024 , 00:41
83 yaşlı qadın sirkə içib özünü öldürdü

83 yaşlı qadın sirkə içib özünü öldürdü

1 sentyabr 2024 , 23:30
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

1 sentyabr 2024 , 21:48
Sabirabadda maşın 80 yaşlı kişini vurub öldürdü

Sabirabadda maşın 80 yaşlı kişini vurub öldürdü

1 sentyabr 2024 , 18:32
Gəncədə  FACİƏ:   fəhlə bədbəxt hadisə nəticəsində öldü

Gəncədə FACİƏ: fəhlə bədbəxt hadisə nəticəsində öldü

1 sentyabr 2024 , 16:49
Kürdə batan yeniyetmənin  meyiti tapıldı - YENİLƏNİB

Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

1 sentyabr 2024 , 16:28