Moskva "Spartak" klubu 27 yaşlı cinah oyunçusu Cengiz Ünderin transferi üçün "Fənərbaxça"ya 8 milyon avro təklif edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Fənərbaxça” isə türkiyəli futbolçunun transferi üçün “Spartak”dan 10 milyon avro istəyib.
Ünder 2023-cü ilin yayından Türkiyə nəhəngində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 34 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
27 yaşlı futbolçunun klubla hazırki əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 14 milyon avrodur.