Aprelin 28-də saat 21:20-də Şəmkir rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2 yaşlı oğlan ağır vəziyyətdə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
"Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
Məlumata görə, azyaşlı ağcaqanadlar üçün istifadə olunan mayeni içib.
***
11:24
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Mahmudlu kəndində baş verib.
2 yaşlı Turqut Rüfət oğlu Tapdıqov yaşadığı evdə dərmandan zəhərlənərək ölüb.
Araşdırma aparılır.