Paltarın rəngini qorumaq üçün   3 əsas qayda
01 sentyabr 2024 14:03 (UTC +04:00)

Paltarın rəngini qorumaq üçün 3 əsas qayda

Paltarın rəngi zamanla öz parlaqlığını və keyfiyyətini itirə bilər. Bəziləri bunu boyanın keyfiyyəti və əşyanın özü ilə əlaqələndirirlər. Ancaq buna səbəb başqa şeydir. 

Lent.az xəbər verir ki, paltar səhv yuyularsa, möhtəşəm görünüşünü itirər. Bunun üçün 3 əsas yuma qaydasına diqqət edilməlidir. 

Çeşidləmə

Bu sadə qayda paltarınızın rəngini qorumağa kömək edəcək. Sadəcə əvvəldən hər şeyi düzgün şəkildə çeşidləyin. Eyni rəngli geyimləri ayırın. Daha sonra yuyun. 

Temperatur və yük

Çox isti su rəngli paltarlar üçün pis seçim ola bilər. Ona görə də aşağı temperatur seçməlisiniz. Tam yükü də təşkil etməməlisiniz. Bu, yuyulmanın keyfiyyətinə yaxşı təsir göstərmir.

Yuyucu vasitə

Ləkə təmizləyicisinə ehtiyacınız varsa, klassik variantları seçməyin. Rəngli əşyalar üçün nəzərdə tutulmuşları seçməlisiniz. Yuyucu vasitənin də xüsusi işarəsi olmalıdır. Bu üç sadə qaydaya əməl etsəniz, paltarınızın rəngi həmişə mükəmməl olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4764
avatar

Sevinc Fərid

Oxşar yazılar