Yeni transferə oyundan sonra silahlı hücum etdilər - 100 minlik saatı oğurlandı
01 sentyabr 2024 18:10 (UTC +04:00)

Yeni transferə oyundan sonra silahlı hücum etdilər - 100 minlik saatı oğurlandı

İtaliyanın “Napoli” klubunun yeni transferi David Neres “Parma” ilə oyundan sonra silahlı soyğuna məruz qalıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə oyundan dərhal sonra Maradona stadionunun qarşısında baş verib. Hadisə zamanı minik avtomobilində futbolçunun ailəsi də olub.

Naməlum şəxs avtomobilin arxa şüşəsini sındıraraq, futbolçuya silahlı hücum edib və onun 100 min avroluq saatını ələ keçirib. Ətrafda çoxlu polis olmasına baxmayaraq, cinayətkar qaça bilib.

Hadisədən sonra qaldığı otelə gedən Neresi azarkeşlər qarşılayıb və təsəlli veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar