Polisin əmrinə tabe olmayan  maşından   dana çıxdı
02 sentyabr 2024 00:59 (UTC +04:00)

Polisin əmrinə tabe olmayan maşından dana çıxdı

Türkiyənin Adana vilayətində polisin xəbərdarlığına tabe olmayan avtomobildə oğurlanmış buzov aşkarlanıb.

Lent.az xəbər verir ki, Adananın Feke rayonunda polis postunda şübhəli avtomobilin olduğu aşkarlanıb və polis avtomobili saxlamaq istəyib.

Xəbərdarlığa tabe olmayan sürücü maşını ilə qaçmağa başlayıb. Polis tərəfindən sıxışdırılan avtomobildən enən iki nəfər məşəyə tərəf qaçıb. Lakin həmin şəxslər polis tərəfindən saxlanılıb.

Avtomobildə olan buzovun isə oğurluq olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar