Mikroavtobus qəza törətdi, 8 nəfər öldü
01 sentyabr 2024 14:24 (UTC +04:00)

Mikroavtobus qəza törətdi, 8 nəfər öldü

Rusiyanın Nijni-Novqorod vilayətində 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, mikroavtobus qəzası M-12 Vostok magistralının 357-ci kilometrliyində, Navaşinski şəhər dairəsi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, sürücü idarəetməni itirib və avtomobil dayanacağa çırpılıb. Nəticədə 8 nəfər ölüb.

Hüquq-mühafizə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar