Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Çempionlar Liqasının püşkatma mərasimində 6 milyon avroya yaxın dəyəri olan zinət əşyaları taxıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, oyunçunun təkcə mərasimdə taxdığı saatı 2,2 milyon funt sterlinq və 33 karatlıq almazdan hazırlanmış gödəkçəsi isə 3,8 milyon funt-sterlinq dəyərindədir.
Qeyd edək ki, Çempionlar Liqasının püşkatma mərasimi avqustun 29-da keçirilib.