Ana və 3 uşağı  evdə diri-diri yandılar
01 sentyabr 2024 10:53 (UTC +04:00)

Ana və 3 uşağı evdə diri-diri yandılar

Rusiyanın Moskva vilayətində evdə yanğın olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, vilayətin Yeqoryevsk şəhərində baş verən yanğın nəticəsində ana və üç uşağı həlak olub.

Məlumata görə, ölən uşaqlar beş yaşlı oğlan və biri üç, digəri isə dörd yaşında olan qızlardır.

Fövqəladə Hallar Nazirliyi yanğının 40 kvadratmetr sahədə baş verdiyini açıqlayıb. 

Bundan əlavə eyni ailənin 5-i uşaq olmaqla 7 üzvü xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar