Qana Futbol Assosiasiyası ölkə çempionatı üçün mərc oyunlarına qadağa qoyub.
Lent.az xarici mediaya istinadla bildirir ki, assosiasiyanın prezidenti Kurt Okraku ölkədəki bütün bukmeker kontorlarına xəbərdarlıq edib ki, yeni mövsümü sentyabrın 6-da başlayacaq Premyer Liqanın oyunlarına mərc təklif etməsinlər.
Bunun son illər ölkədə futbol yarışlarında danışılmış oyunların artması ilə bağlı olduğu bildirilir. Qeyd olunur ki, verilən qərar danışılmış oyunlarının qarşısını almaq üçün yaxşı variantdır.