Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu
01 sentyabr 2024 10:11 (UTC +04:00)

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

Almaniyanın "Bayer Leverkuzen" klubu son 15 ayda ilk dəfə ölkə çempionatındakı oyunu uğursuz başa vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, ikinci tur oyununda Xabi Alonsonun yetirmələri "RB Leyptsiq"ə 2:3 hesabı ilə məğlub olub.

“Leverkuzen” 39-cu dəqiqədə Ceremi Frimponq və 45-ci dəqiqədə Aleks Qrimaldonun qolları sayəsində 2:0 önə keçib. "Leyptsiq"in futbolçusu Kevin Kampl fasiləyə qədər 1 qol vurub. İkinci hissədə qonaqlar daha iki dəfə fərqləniblər: belçikalı hücumçu Loi Openda dubl edib. O, 57 və 80-ci dəqiqələrdə fərqlənib.

Bu məğlubiyyət Almaniya çempionatında ilk olub. “Bayer” Almaniya çempionatında sonuncu dəfə 2023-cü il mayın 27-də “Bohum”a 0:3 hesabı ilə uduzub. Bu müddətdə leverkuzenlilər bütün yarışlarda cəmi bir oyunda məğlub olublar - Avropa Liqasının finalında İtaliyanın "Atalanta"sı 3:0 hesabı ilə qalib gəlib.

2023/24 mövsümündə “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7146
avatar

Oxşar yazılar