Gəncədə avtobusda qeyri-etik hərəkətlər  edən həbs olundu
31 avqust 2024 17:40 (UTC +04:00)

Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən həbs olundu

Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən həbs edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri mübafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, hadisə Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Mehman Nəbiyev

Oxşar yazılar