Ana 2 yaşlı övladını boğub öldürdü
31 avqust 2024 17:50 (UTC +04:00)

Ana 2 yaşlı övladını boğub öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində ana 2 yaşlı övladını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis körpənin meyitini evdə divanın üzərindən tapıb. Onun 21 yaşlı anası bildirib ki, qısa müddətə çölə çıxdığı zaman övladı boğularaq ölüb.

Polis əməkdaşlarının sözlərinə görə, ana ifadəsində doğru danışmayıb və özünü şübhəli aparıb. Müayinə zamanı isə körpənin bədənində boğulma və yanıq izləri tapılıb.

İstintaq müəyyən edib ki, uşağa xəsarətlər ana tərəfindən vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Oxşar yazılar