Lənkəranda qonşular dalaşdı, 5 yaralı var
31 avqust 2024 19:00 (UTC +04:00)

Lənkəranda qonşular dalaşdı, 5 yaralı var

Lənkəranda qonşular arasında baş verən davada 5 nəfər xəsarət alıb, onlardan 3-ü bıçaqlanıb.

Lent.az xəbər verir ki, Lənkəran rayonunun Vel kəndində 67 yaşlı Nərminə Əlişah qızı Hüseynova, 54 yaşlı Nəzər Ağababa oğlu Hüseynov, 28 yaşlı Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 44 yaşlı Seymur Möhübbət oğlu Hacıyev və atası 72 yaşlı Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar