Hollivud ulduzu Vaynona Rayder kino karyerası ərzində bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını etiraf edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o , ilk dəfə 20 yaşı olanda bir neçə dəfə təcavüzə məruz qalıb. Aktrisa təcavüzçünün kimliyini açıqlamayıb.
Hadisə 10 il sonra, aktrisanın 30 yaşından sonra yenə baş verib. Daha sonra "Ruhların evi" filminin çəkilişləri zamanı zorlama ittihamı ilə hazırda həbsdə olan prodüser Harvi Vaynşteyn ona təcavüz edib.
52 yaşlı aktrisanın dediyinə görə, o, Harvi Vaynşteynin rəhbərlik etdiyi "Miramax" kinoşirkəti tərəfindən qara siyahıya salınıb.