Bir zamanlar yaraşığı və xarizması ilə türk filmlərinin vazkeçilməzi olan aktyor Bulut Aras sosial şəbəkə hesabında canlı yayıma çıxıb.
Lent.az-ın xəbərinə görə, 71 yaşlı aktyor həddən artıq dəyişdiyinə görə, izləyicilər onu tanıya bilməyiblər.
Uzun müddətdir İstanbuldan köçüb Balıkesir şəhərində yaşayan aktyor gümrah görünsə də, əvvəlki halından əsər-əlamət qalmayıb.