Bakıda marketləri qarət edən MASKALILAR TUTULDU
02 sentyabr 2024 13:51 (UTC +04:00)

Bakıda marketləri qarət edən MASKALILAR TUTULDU

Suraxanı rayonu və digər ərazilərdə silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər. 

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 24 yaşlı Rəhman Məhərrəmov və 49 yaşlı Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Fidan İlqar

Oxşar yazılar