Kraliça II Yelizavetanın həyatından maraqlı bir fakt açıqlandı
02 sentyabr 2024 14:30 (UTC +04:00)

Kraliça II Yelizavetanın həyatından maraqlı bir fakt açıqlandı

Kral bioqrafı Giles Brandreth "Yelizaveta: “İntim portret” (Elizabeth: An Intimate Portrait) kitabında kraliçanın ərinin ölümündən xeyli gec xəbər tutduğunu  açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kitabda Hersoqun son anları və onunn kral ailəsinə təsiri ətraflı təsvir edilib.

Kraliçanın ölümündən əvvəl ərinin yatağının yanında olduğu bildirilsə də, Brandreth kitabında bu iddianın səhv olduğunu bildirib.
"Həmin səhər o, tibb bacısının köməyi ilə vanna otağına getdi, geri qayıdanda özünü bir qədər zəif hiss etdi və yatağına qayıtmaq üçün kömək istədi. Tibb bacısı kömək üçün hersoq xidmətçisinə və Kraliçanın otağına zəng etdi . Lakin o Kraliça çağırılana qədər öldü . Həkim gəlib ərinin öldüyünü dedikdən sonra kraliçaya xəbər verildi.  

Brandreth Kraliça ilə ilk dəfə 1968-ci ildə 20 yaşında tanış olub. Milli Oyun Kursları Assosiasiyasındakı birgə işi sayəsində Brandreth Şahzadə Filiplə də yaxın əlaqələrə malik idi.

Bildiyiniz kimi, Şahzadə Filipin dəfn mərasimi 2021-ci il aprelin 17-də Windsor qəsrindəki Müqəddəs Georgi kapellasında baş tutub. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə görə mərasimdə yalnız 30-a yaxın yaxın insan iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar