Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri cəmiyyətdə maraqla qarşılanıb. Məsələn, insanları maraqlandıran suallardan biri də budur -parlamentdə təmsil olunacaq ən yaşlı və ən gənc deputat kimdir?
Lent.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasını açıqladığı ilkin nəticələrə əsasən siyahıda 84 yaşlı Ziyad Səmədzadəni keçən olmayıb.
O, namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb. Ziyad Səmədzadə 1940-cı il iyunun 25-də Bakı şəhərində dünyaya göz açıb.
Bu ilki seçkilərdə rəqiblərini geridə qoyaraq deputatlığa iddialı olan ən gənc namizəd isə 29 yaşlı Mahir Süleymanlıdır.
O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizədliyini irəli sürüb.
Mahir Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub.
Daha bir gənc 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən uğur qazanan 31 yaşlı Səbinə Xasayevadır.
O, 1993-cü il martın 30-da Bakı şəhərində doğulub.