Azərbaycanlı avtoritet İstanbulda belə GÜLLƏLƏNDİ   - ANBAAN VİDEO
01 noyabr 2022 14:35 (UTC +04:00)

Azərbaycanlı avtoritet İstanbulda belə GÜLLƏLƏNDİ - ANBAAN VİDEO

Bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərində azərbaycanlı “Qardaşoğlu” ləqəbli kriminal avtoritet Elnur Qasımovun öldürülməsi barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, E. Qasımovun qətlə yetirilməsinin görüntüləri yayılıb. Görüntülər yaxınlıqdakı avtomobil təmiri sexindən götürülüb.

Burada Elnur Qasımovun küçədə, yolun kənarında yaxınları gəzdiyi və naməlum avtomobildən onlara doğru atəş açıldığı əks olunub.

Elnur Qasımov

Qeyd edək ki, Elnur Qasımov oktyabrın 26-da İstanbul şəhərinin Ataşehir qəsəbəsində qətlə yetirilib. O, kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşıdır. Elnur Qasımov mərhum kriminal avtoritet “Rövşən Lənkəranski” klanının üzvlərindən olub. 

Onun digər mərhum avtoritet “Lotu Quli”nin adamlarından olan Nicat adlı şəxs tərəfindən öldürüldüyü bildirilir.

# 6618
avatar

Mehman Nəbiyev

Oxşar yazılar