İnsan üçün ən dözülməz  hansı ağrıdır?
15 sentyabr 2025 15:35 (UTC +04:00)

İnsan üçün ən dözülməz hansı ağrıdır?

0

İnsan bədəninin hiss edə biləcəyi ən güclü ağrı doğuş ağrısı və ya hətta güllə yarası deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada müxtəlif ağrı növləri müqayisə olunub: doğuş sancıları, güllə yarası, kəskin pankreatit, böyrək daşı, öd sancısı, miqren və s. Nəticəyə görə, siyahının zirvəsində klaster baş ağrıları qərarlaşıb.

Klaster baş ağrıları çox şiddətli, dözülməz və qısamüddətli, lakin təkrarlanan tutmalarla xarakterizə olunur. Onlar gün ərzində bir neçə dəfə, həftələrlə və hətta aylarla davam edə bilər. Bəzən isə uzunmüddətli remissiya dövrü gəlir, lakin bəzi xəstələrdə tutmalar demək olar ki, fasiləsiz baş verir.

Əlamətləri

Klaster baş ağrıları özünü bu şəkildə göstərir:

Çox kəskin, deşici, yandırıcı ağrı – adətən başın yalnız bir tərəfində, göz nahiyəsində.

Qəfil başlanğıc və qəfil kəsilmə – tutmalar ani başlayır və elə ani də dayanır.

Dəqiq təkrarlanma – tutmalar çox vaxt eyni saatda və ya eyni mövsümdə təkrarlanır.

Müddət – 15 dəqiqədən bir neçə saata qədər davam edə bilər.

Statistikaya görə, bu vəziyyət hər min nəfərdən birində rast gəlinir və kişilərdə daha çox müşahidə olunur.

Ağrı intensivliyi üzrə reytinq

Araşdırmada 1604 iştirakçı ağrılarının gücünü 0-dan 10-a qədər qiymətləndirib. 7 baldan yuxarı nəticələr güclü ağrı hesab olunub.

Nəticələr

Klaster baş ağrısı – 9,7 bal, doğuş – 7,2, kəskin pankreatit – 7,0, böyrək daşı – 6,9, öd sancısı – 6,3, güllə yarası – 6,0, miqren – 5,4, fibromialgiya və sümük sınığı – 5,2, ürək tutması və siyatik – 5,0, bıçaq yarası – 4,9, zona xəstəliyi – 4,6

Beləliklə, klaster baş ağrıları rəsmi olaraq insanın yaşaya biləcəyi ən dözülməz ağrı hesab olunur və hətta doğuş sancıları və güllə yarasını belə xeyli üstələyir. Bu nəticə klaster baş ağrılarının vaxtında diaqnoz və müalicəsinin nə qədər vacib olduğunu bir daha vurğulayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar