Oyunun 22-ci saniyəsində qırmızı vərəqə:  Bu, liqanın tarixinə  düşdü
15 sentyabr 2025 14:35 (UTC +04:00)

Oyunun 22-ci saniyəsində qırmızı vərəqə: Bu, liqanın tarixinə düşdü

0

Bundesliqa 2-də "Qreuther Fürth"də çıxış edən Noah Köniq "Kayzerslautern"lə oyunun 22-ci saniyəsində qırmızı vərəqə alaraq liqa tarixində ən erkən qırmızı vərəqə alan oyunçu olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Bundesliqa 2-nin 5-ci həftəsində “Qreuther Fürth” və “Kayzerslautern” üz-üzə gəlib. Sportpark Ronhofdakı Tomas Sommer stadionunda keçirilən oyunda “Kayzerslautern” 3-0 hesabı ilə qalib gəlib.

“Kayzerslautern”in qollarını 33-cü dəqiqədə Naatan Skitta, 58 və 64-cü dəqiqələrdə İvan Prtajin vurub.

Qarşılaşmanın əvvəlində həlledici an baş verib. “Qreuther Fürth”ün müdafiəçisi Noah Köniq 22-ci saniyədə topu uzaqlaşdırmağa çalışarkən rəqibinə kobud davranıb. Hakim dərhal Köniqə qırmızı vərəqə göstərib.

22 yaşlı oyunçu 22-ci saniyədə aldığı bu qırmızı vərəqə ilə liqa tarixində ən erkən qırmızı vərəqə alan futbolçu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar