“Apple” mağazasından 49 “iPhone” oğurlandı - VİDEO
09 fevral 2024 10:39 (UTC +04:00)

“Apple” mağazasından 49 “iPhone” oğurlandı - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində bir şəxs “Apple Store” mağazasına girərək 49 iPhone oğurlayıb. 

Lent.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb. 

Maraqlısı odur ki, mağaza işçiləri və müştərilər heyrətlə onun arxasınca gediblər və heç kim oğrunun qarşısını almağa çalışmayıb.

Hadisəni ziyarətçilərdən biri lentə alıb. Yayımlanan görüntülərdə bir kişinin təhlükəsizlik naqillərindən kobud şəkildə smartfonları qopararaq şalvarının cibinə doldurması göstərilir. 

Oğurluq zamanı mağazada həyəcan siqnalı verilir. 

Qeyd edilir ki, bu, təkcə 2024-cü ildə Oklenddəki “Apple” mağazasından dördüncü oğurluqdur. Kaliforniya qubernatoru Gavin Newsom son insidentə reaksiya verib və bu cür quldurluqların qarşısını almaq üçün şəhərə 120 təcrübəli polis əməkdaşı göndərəcəyini vəd edib.


 

# 3483
avatar

Sevinc Fərid

Oxşar yazılar