Bəstəkar Röyanı təriflədi: “Zülfiyyə, Tünzalə bunu etməz” - VİDEO
05 fevral 2020 10:07 (UTC +04:00)

Bəstəkar Röyanı təriflədi: “Zülfiyyə, Tünzalə bunu etməz” - VİDEO

Bəstəkar Ruhin İsmayılov Azərbaycan şou-biznesi ilə bağlı bir neçə açıqlamalar verib. Lent.az-ın qonağı olan bəstəkar həmkarlarını yalançılıqda günahlandırıb:

“Mən hər zaman mahnılarımın qiymətlərini açıqlayıram. Azərbaycanda olan bəstəkarların söylədiyi mahnı qiymətlərinə də inanmıram. Çoxu qiyməti özündən uydurur. Bu işin içərisində olan insanam. Hər şeyi yaxşı bilirəm. Mən satdığım mahnının qiyməti 4-5 mindir. Azərbaycanda ən bahalı mahnı aranjimanla bir yerdə 8-9 mindir. Amma hazırda ən bahalı mahnı oxuyan yoxdur. Bahalı mahnı xit mahnıya deyirəm. Amma neçə aylardır xit mahnı yoxdur. Bu gün Azərbaycanda ən çox bəstəkara dəyər verən Xalq artisti Röya Ayxandır”. 

Bəstəkar bildirib ki, hazırkı dövrdə ən çox bayağı mahnılar önə çıxıb: “Məsələn Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva bayağı mahnı oxumaz. Onlar prestijini düşünür. Amma başqa müğənnilər gəlir üçün oxuya bilər. Çünki bizə konsertlərdən disk satışından gəlir əldə etmək olmur”.

 

Qeyd edək ki, R.İsmayılov Röyanın “Necə unudum?” , “Sakinim ol”, “Həyat” , Zamiq Hüseynovun “Sənsən” , “Nə olar” , Aygün Kazımova ilə Elton Hüseynəliyevin “Sevgimizin yağışı” bəstələrinin müəllifidir.

 

Müsahibənin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11877
avatar

Yalçın UĞUR

Oxşar yazılar