Yaponiyada məktəb avtobusunda unudulan uşaq həyatını itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Makinohara şəhərində beş saat avtobusda qalan 3 yaşlı uşaq huşsuz vəziyyətdə tapılıb.
Azyaşlı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Həmin vaxt temperaturun +30 dərəcə olduğu və uşağın havasızlıqdan öldüyü bildirilib.