7 yaşlı oğlan məktəbdəki  davranışına görə   anasına ŞOK  yaşatdı
08 dekabr 2024 12:21 (UTC +04:00)

7 yaşlı oğlan məktəbdəki davranışına görə anasına ŞOK yaşatdı

Bukinhemşirdən (Böyük Britaniya) olan 45 yaşlı Kim Linton oğlu Coşun cəmi yeddi yaşı olmasına baxmayaraq onuncu dəfə ibtidai məktəbdən kənarlaşdırılanda əsl şok yaşayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadın bunun səbəbinin pis tərbiyə olmadığını, oğlanın xüsusi təhsilə ehtiyacı olduğunu və ənənəvi məktəbin sadəcə ona uyğun olmadığını iddia edir. Coşun anası Britaniyanın təhsil sisteminin oğlunu lazımi səviyyədə dəstəkləmədiyinə inanır və onun gələcəyindən çox narahatdır.

O qorxur ki, uşağı müdaxilə və düzgün yardım olmadan "qaranlıq gələcək" gözləyir. Son bir il ərzində oğlan on dəfə təhsildən kənarlaşdırılıb, nəticədə o, 40 gündən çox məktəbə getməyib.

“Bir dəfə o, bir məktəb işçisini odun parçası ilə, digərini isə nahar fasiləsi zamanı çəngəllə vurub. Bundan əlavə, yanğın siqnalını işə salıb. Bu hərəkətlər uşaqların dəstək və kömək üçün fəryadı idi”, - qadın söyləyib.

Bildirilir ki, oğlana müəllim köməkçisi təyin edilib və onun dərs cədvəli gündə bir neçə saata endirilib. Bu səylərə baxmayaraq, davranış problemləri yaranmağa davam edib və təklif olunan tədbirlər vəziyyəti effektiv şəkildə həll edə bilməyib.

Britaniyalı qadın oğlunun daim dərslərdən uzaqlaşdırılmasının onun üçün ən çətin sınaq olduğunu söyləyib. Tək ana olaraq, o, vəziyyətin öhdəsindən gəlməyə çalışıb, lakin Coşun tez-tez qəzəblənmələri və aqressiv davranışları onu son dərəcə çətinləşdiririb. Qadın inanır ki, cəmiyyət artıq onda perspektiv görmür.

Sentyabr ayında oğlan xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün xüsusi bir məktəbə köçürülüb, bundan əvvəl üç illik mübarizə və emosional iztirablar olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Oxşar yazılar