Portuqaliyanın cənubundakı turizm bölgəsi olan Algarve-də yerləşən Kosta-Visentina regionu reytinqə başçılıq edir. Praiа da Amoreyra çimərliyi.
Lent.az bu çimərlikləri təqdim edir:
Populyar turistik məkanlarda pik mövsümdə həddindən artıq turizm istirahəti həm dözülməz, həm də çox bahalı edir. Lakin Avropada hələ də o qədər də tanınmayan, lakin gözəl olan yerlər qalır ki, orada turist izdihamından gizlənmək mümkündür.
Nüfuzlu turizm portalı Europe's Best Destinations həddindən artıq turizm yükü yaşamayan Avropanın 13 ən yaxşı dənizkənarı kurortunun siyahısını təqdim edib.
Reytinqə başçılıq edir
Kosta-Visentina (Costa Vicentina) - Portuqaliyanın cənubundakı Algarve turizm bölgəsində yerləşir.
“Kosta-Visentina, Portuqaliyanın cənub-qərbində yerləşən, dramatik qayaları, təcrid olunmuş çimərlikləri və əl dəyməmiş təbiəti ilə tanınan bir sahil zolağıdır. Təbiət parkının bir hissəsi olan bu bölgə sörfçülər, piyada gəzinti həvəskarları və təbiət sevərlər üçün cənnətdir.
Burada Rota Vicentina adlı mənzərəli yürüş yollarını kəşf edə, Praiа da Amoreyra kimi sakit çimərliklərdə istirahət edə və yerli restoranlarda təzə dəniz məhsullarından dad ala bilərsiniz. Kosta-Visentina macəra və rahatlıq arasında ideal balans təqdim edir".
Həddindən artıq turizmdən uzaq Avropada ən yaxşı 13 sahilyanı məkan:
Kosta-Visentina, Algarve, Portuqaliya
San-Migel adası, Azor adaları, Portuqaliya
Sivota, Yunanıstan
Marina-di-Kamerota, İtaliya
Tsasteni, Yunanıstan
Formentera, Balear adaları, İspaniya
Korçula, Xorvatiya
La Qomera, Kanar adaları, İspaniya
Egg adası, Şotlandiya, Böyük Britaniya
Xora, Alonisos adası, Yunanıstan
Çefalu, Siciliya, İtaliya
Karpatos adası, Yunanıstan
Mall adası, Şotlandiya, Böyük Britaniy