“YouTube Music”də mahnını zümzümə   etməklə axtara bilərsiniz
29 may 2024 19:24 (UTC +04:00)

“YouTube Music”də mahnını zümzümə etməklə axtara bilərsiniz

Android üçün “YouTube Music” tətbiqi yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, indi bu tətbiq də “Shazam” kimi xüsusiyyətə malikdir. Hazırda  “YouTube Music” telefonunuzda melodiyanı zümzümə etməklə musiqi axtarmağa imkan verir.

Yeni axtarış formatına tətbiqin yuxarı sağ küncündə axtarış düyməsini kliklədiyiniz zaman görünən mikrofon ikonasının yanındakı işarə ilə əldə etmək olar. İstifadəçilərin qeyd etdiyi kimi, nəticələr çox vaxt mahnının nə qədər nadir tapılmasından asılıdır. 

Qeyd edək ki, oxşar funksiya bir neçə ildir ki, “Google Assistant”da mövcuddur. O, həm iOS, həm də Androiddə “Google” tətbiqində, eləcə də “Google Assistant”ın özündə mövcuddur. Onu aktivləşdirmək üçün “Ok Google, bu mahnı nədir?” əmrindən istifadə etməli və sonra bir neçə saniyə melodiyanı zümzümə etməlisiniz.

Əvvəllər “Google chatbot”a “YouTube Music”dən musiqi oxutmağa imkan verən “Gemini” üçün genişləndirmə buraxmışdı. Bunun üçün istifadəçilər müvafiq sorğuları daxil etməlidirlər.

Məsələn, tətbiqdən mahnı, albom, ifaçı, çalğı siyahısı, janr və s. üzrə musiqi tapıb səsləndirməyi xahiş edə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739
avatar

Sevinc Fərid

Oxşar yazılar