Yeni kuryer dron  təqdim olundu - FOTO
12 noyabr 2022 09:54 (UTC +04:00)

Yeni kuryer dron təqdim olundu - FOTO

"Amazon" şirkəti yeni kuryer dronunu təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dron əvvəlki modellərdən daha kompakt ölçüyə malik olması ilə fərqlənir.

Dron, həmçinin sakit işləyir. O qismən yağışlı havalarda da uça bilir.

"Amazon" şirkəti məhsullarının çatdırılmasını tezləşdirmək üçün bir çox layihələr üzrə çalışır. Bu layihə də onlardan biridir. Şirkət 10 ilə yaxındır ki, sifariş alındıqdan sonra 30 dəqiqə ərzində çəkisi 2 kq-a qədər olan bağlamaları çatdıra biləcək pilotsuz uçuş aparatı üzərində işləyir. Bu, həmçinin sifarişin çatdırılma qiymətinin ucuz başa gəlməsinə şərait yaradacaq.

Qeyd edək ki, “MK30” adlı yeni pilotsuz uçuş aparatı 2024-cü ildə istifadəyə veriləcək.

# 4119
avatar

Sevinc Fərid

Oxşar yazılar