Xiaomi aktiv şəkildə öz elektromobili üzərində çalışmağa davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, elektromobilin nə zaman təqdim ediləcəyi hələ də bilinmir. İnsayderlər şirkətin rəsmi elanını gözləmədən bu barədə məlumat veriblər. Onların sözlərinə əsasən Xiaomi elektromobili düşünüldüyündən daha tez təqdim oluna bilər. Məlumatda qeyd edilib ki, Xiaomi öz elektromobilini payız fəslində Xiaomi 14 smartfon seriyası birlikdə təqdim edəcək.
Dəqiq təqdimat tarixi isə bilinmir. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Xiaomi 14 smartfon seriyasını 11 noyabr tarixinə kimi təqdim etməyi planlaşdırır. Bununla yanaşı insayderlər bildiriblər ki, şirkət hal hazırda öz elektromobilinin test məqsədli istehsalat mərhələsindədir və bu istehsalat mərhələsi 1 ay bundan öncə işə düşüb. Test məqsədli istehsalat çərçivəsində şirkət hər həftə 50 ədəd prototipi istehsal edir.