“WhatsApp”dan  YENİ DİZAYN   - Daha rahatdır
02 aprel 2024 21:11 (UTC +04:00)

“WhatsApp”dan YENİ DİZAYN - Daha rahatdır

“WhatsApp” Android versiyası üçün messencerin dizaynını dəyişib. 

Lent.az xəbər verir ki, “WhatsApp” bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Tətbiqin istifadəsini daha rahat etmək üçün əvvəllər yuxarıda yerləşən naviqasiya paneli indi köçürülüb. 

“Ehtiyacınız olan hər şeyə həmin anda daxil olmağınızı asanlaşdırmaq üçün bəzi elementləri dəyişdirdik” deyən şirkət, yeni idarəetmə panelinin “barmaqlarınızın ucuna daha yaxın olacağını və daha yaxşı görünəcəyini” əlavə edib. 

Əvvəlki paneldə dörd nişan var idi: "İcmalar", "Söhbətlər", "Status" və "Zənglər". Yeni dizayn alt panelə daha dörd nişan əlavə edilib. Yeniləmələr bölməsi Status nişanını əvəz edir. Nişanların sırası da dəyişib: “Söhbətlər”, “Yeniləmələr”, “İcmalar” və “Zənglər”.

Əvvəllər yalnız İcmalar tabında simvol var idisə, dörd tabın hamısında indi nişanlar var. Bundan əlavə, panelin rəngi yaşıldan ağa dəyişdirilib. 

İstifadəçi hələ də sürüşdürmə ilə tablar arasında keçid edə bilsə də, naviqasiya panelini aşağıya daşımaq məqsədi ondan ibarətdir ki, istifadəçi bitişik olmayan tabı açmalı olduqda ekranın yuxarı hissəsinə çatmasın. 

“WhatsApp” artıq messencerin yenilənmiş dizaynlı versiyasını təqdim edib. Naviqasiya paneli hələ də yuxarıdadırsa, proqramı yeniləməlisiniz.

Yeni dizayn

Köhnə dizayn


 

# 32850
avatar

Sevinc Fərid

Oxşar yazılar