“WhatsApp”a baxmadan mesajın kimdən gəldiyini  BİLMƏYİN YOLU
16 fevral 2022 16:48 (UTC +04:00)

“WhatsApp”a baxmadan mesajın kimdən gəldiyini BİLMƏYİN YOLU

Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan “Whatsapp”da hələ bilmədiyimiz çox özəlliklər var. Bunlardan biri də telefona baxmadan mesajın kimdən gəldiyini bilməkdir. Əslində bunu bilmək çox asan və sadədir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün əvvəlcə proqramdakı “parametrlər” bölməsinə daxil olmalısınız.

Sonra buradan “şəxsi bildirişlər” düyməsini sıxaraq tətbiqdəki istənilən mesajı seçin. Həmin hissədən öz zəng melodiyalarınızı, bildiriş zənglərinizi və hətta LED işıq rənglərini təyin edin. 

Siz mesajları da fərqləndirə bilərsiniz. Buna görə qruplar üçün mavi, fərdi söhbətlər üçün yaşıl rəngi seçmək mümkündür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6849
avatar

Sevinc Fərid

Oxşar yazılar