Uşaqlar üçün yeni SMART SAATLAR:  Videozənglər mümkündür - FOTO
05 dekabr 2022 12:03 (UTC +04:00)

Uşaqlar üçün yeni SMART SAATLAR: Videozənglər mümkündür - FOTO

“Huawei” şirkəti uşaqlar üçün yeni qeyri-adi smart saatı təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu saat 2 ədəd ekrana malikdir.

Bunlardan biri rəngli və sensorlu, digəri isə monoxrom LCD ekrandır. Bir ekrandan digərinə keçmək üçün saat gövdəsini kəmərdən ayırıb əks tərəfini yerləşdirmək lazımdır. Həmçinin, onların hər ikisində videozəng funksiyası da mümkündür.

Saatın kəməri və bu ekranlar asanlıqla, tez dəyişdirilə bilir. Bu saat bir neçə saniyə ərzində smart saatdan adi saata çevrilir. 

Qeyd edək ki, "Huawei Watch Children 5X" adlı bu saatın nə vaxt satışa çıxarılacağı  hələlik məlum deyil.

 

 

# 3531
avatar

Sevinc Fərid

Oxşar yazılar