Telefonunuzdakı casus proqramını belə AŞKAR EDİN
29 mart 2023 16:45 (UTC +04:00)

Telefonunuzdakı casus proqramını belə AŞKAR EDİN

Smartfonda casus proqramı olduğunu müəyyən etməyin yolu açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İnformasiya Təhlükəsizliyi üzrə Səlahiyyət Mərkəzinin direktoru Viktor Quleviç bir sıra əlamətlərin smartfonunuzda casus proqram təminatının quraşdırıldığını göstərə biləcəyini bildirib.

Ekspertin fikrincə, ilk əlamət batareyanın çox tez tükənməsi ola bilər. Mobil trafikin istehlakına və cihazın performansının azalmasına da diqqət yetirməlisiniz. Smartfon öz-özünə yenidən sönüb və yenidən işə başlaya bilər.

Başqa bir əlamət şəxsi parametrlərinizdə kortəbii dəyişiklikdir. Məsələn, brauzerdə başlanğıc axtarış səhifəsi dəyişib. Pop-uplar və ya proqram xətası mesajları da görünə bilər.

# 3198
avatar

Fidan İlqar

Oxşar yazılar