Süni zəka ilə bağlı HƏYƏCAN SİQNALI:  Öz kodunu dəyişir
21 avqust 2024 17:24 (UTC +04:00)

Süni zəka ilə bağlı HƏYƏCAN SİQNALI: Öz kodunu dəyişir

Tokionun Sakana AI elmi-tədqiqat şirkəti The AI Scientist adlı süni zəka sistemini təqdim edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, təqdim edilmiş bu süni zəka sistemi ChatGPT kimi çat-botların əsaslarında dayanan süni zəka modellərindən istifadə edərək avtonom şəkildə elmi tədqiqatları aparmağa cəhd göstərən süni zəka sistemidir. Məlum olub ki, sözügedən süni zəka sisteminin testi zamanı sistem heç gözlənilmədən müəyyən tapşırığın üzərində çalışma müddətinin uzadılması istiqamətində öz kodunu dəyişməyə başlayıb.

Müşahidə edilmiş hallardan birində isə sistem özü-özünü işə salmaq üçün nəzərdə tutulmuş sistem sorğusunu yerinə yetirmək istiqamətində öz kodunu redaktə etməyə başlayıb. Bu isə öz növbəsində sonsuz sayda sistem sorğusununu göndərilməsinə səbəb olub.

Digər bir halda təcrübələr çox zaman apardıqları səbəbilə sistem təcrübələr üzərində çalışma müddətinin uzadılması istiqamətində öz kodunu dəyişməyə cəhd göstərib. Mütəxəssislər bildiriblər ki, bu süni zəkanın belə davranışı idarə olunan mühitdə heç bir təhlükə yaratmayıb. Lakin onlar qeyd ediblər ki, süni zəkanın avtonom şəkildə kod dəyişmə özəlliyini idarə olunmayan mühitdə aktivləşdirmək heç də məsləhətli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7973

Oxşar yazılar

İlin  ən yaxşı   avtomobilləri – SİYAHI

İlin ən yaxşı avtomobilləri – SİYAHI

5 aprel 2025 , 16:35
2025-ci ildə  ən populyar olan   avtomobillər - SİYAHI

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

3 aprel 2025 , 20:15
"Tesla"nın elektromobil tədarükü çökdü

"Tesla"nın elektromobil tədarükü çökdü

3 aprel 2025 , 14:43
Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

3 aprel 2025 , 13:25
Yeni  “Toyota Corolla”:   İlk  FOTOLAR

Yeni “Toyota Corolla”: İlk FOTOLAR

2 aprel 2025 , 18:14
Ən balaca  uçan robot hazırlandı

Ən balaca uçan robot hazırlandı

2 aprel 2025 , 15:57
 Süni intellektin  çətinlik çəkdiyi əsas insani bacarıqlar

Süni intellektin çətinlik çəkdiyi əsas insani bacarıqlar

2 aprel 2025 , 09:47
Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

1 aprel 2025 , 18:11