SİM kartlarla dələduzlardan belə qorunun
02 sentyabr 2023 16:03 (UTC +04:00)

SİM kartlarla dələduzlardan belə qorunun

Senator Artem Şeykin fırıldaqçılıqdan qorunmaq üçün SİM kartların zavod PİN kodlarını dəyişməyi tövsiyə edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, fikrini belə izah edib:

“Özünüzü təhlükəsiz saxlamağın ən asan və sürətli yollarından biri telefon parametrləri vasitəsilə öz pin kodunuzu təyin etməkdir. Bu, əlavə qorunma səviyyəsini təmin edəcək və SİM kart smartfonun oğurlanması yaxud itirilməsi nəticəsində fırıldaqçıların əlində olarsa, məlumatlarınıza icazəsiz girişi çətinləşdirəcək”, - deyə o bildirib.

Şeykin bu barədə “Sberbank”ın kibertəhlükəsizlik departamentinin rəhbəri Sergey Lebeddən öyrənib.

Lebedin sözlərinə görə, PİN kodu olmayan SİM kartın əldə edilməsi fırıldaqçıların “Sberbank Online” əlavəsindəki hesablarını sındırmaq üçün ondan istifadə etməsinin qarşısını alacaq.

# 4539
avatar

Oxşar yazılar