Qarışıq reallıq:  cihaz gələn il təqdim ediləcək
02 avqust 2024 11:42 (UTC +04:00)

Qarışıq reallıq: cihaz gələn il təqdim ediləcək

Vivo şirkəti rəsmi şəkildə elan edib ki, o, 2025-ci ildə ilk qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) cihazını satışa çıxartmağı planlaşdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bunu Çində keçirilmiş Imaging Festival adlı tədbirdə səsləndirib. Vivo-nun icraçı vitse-prezidenti Hu Baishan daha öncə şirkətin MR texnologiyasına maraq göstərdiyini etiraf edirdi. O hətta bunu mobil texnologiyanın növbəti böyük nailiyyəti adlandırırdı.
2019-cu ildə şirkət AR imkanlara sahib ilk smart eynəyini təqdim etmişdi. Həmin vaxtda şirkətin təqdim etmiş olduğu smart eynəyin çalışması üçün onun smartfona qoşulu olması şərt idi. Gözləntilərə əsasən vivo-nun MR cihazı avtonom şəkildə çalışa biləcək və Apple Vision Pro səviyyəsində istifadəçi təcrübəsini təklif edəcək. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Huawei və OPPO şirkətləri də özlərinin MR cihazları üzərində çalışırlar. Lakin adları sadalanmış bu şirkətlər hələ bu barədə rəsmi bir açıqlama verməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar