Peykləri izləmək üçün kosmik antena yaradıldı - HARDA?
01 fevral 2023 15:15 (UTC +04:00)

Peykləri izləmək üçün kosmik antena yaradıldı - HARDA?

Avstraliya peykləri izləmək üçün kosmik antena yaradıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, peyk orbitə daxil olan zaman bu antenalar kosmosda digər nəqliyyat vasitələrinin harada olduğunu biləcəklər.

Professor Saymon Ellinqsen bildirib ki, bu 7,3 metrlik antena Avstraliyanın Tasmaniya adasının cənubundakı Hobart şəhərindən 70 kilometr şimalda yerləşir.

Cihaz Yer orbitində olan peyklər üçün Yerlə əlaqəni təmin edəcək.

"Əvvəllər biz yalnız kosmik gəmilərdən ötürülmələri dinləyə bilirdiksə, indi biz kosmos gəmilərə radiotezlik mesajlarını ötürə, əmrlər göndərə və həmçinin məlumatları qəbul edə bilirik”, - Saymon bildirib.

Eyni zamanda, Avstraliya Kosmik Agentliyinin rəhbəri Enriko Palermonun sözlərinə görə, antena ölkənin kosmosda güclü və cəlbedici tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

Xatırladaq ki, yanvarın 13-də Avropa İttifaqının səlahiyyətliləri və İsveç kralı XVI Karl Qustaf peyklərin buraxılması üçün Avropa İttifaqının materik hissəsində ilk kosmodromun açılışını etmişdi.

# 3048
avatar

Sevinc Fərid

Oxşar yazılar