Noutbukun klaviaturasını  necə tez təmizləmək olar? - 3 ÜSUL
02 dekabr 2023 11:33 (UTC +04:00)

Noutbukun klaviaturasını necə tez təmizləmək olar? - 3 ÜSUL

Məişət cihazlarını təmizləmək olduqca çətin bir işdir. Ancaq laptopun və ya kompüterin klaviaturasını təmizləmək daha çətindir.

Lent.az xəbər verir ki, laptopun klaviaturasını asanlıqla təmizləməyin yolları var.  

Bu üsullardan biri Slaymla təmizləmədir. Slaym o qədər də bahalı olmayan uşaq oyuncağıdır. Onu klaviaturanın üzərinə töküb, sonra geri götürün. Bu zaman sondakı nəticəyə heyran qalacaqsınız. Demək olar ki, klaviaturanın lap dibindəki çirklər belə slaymla bərabər oradan çıxacaq. 

Başqa bir sadə yol isə qulaq çöpündən istifadədir. Klaviatura düymələrindən toz və kiçik çirkləri tez təmizləmək üçün bu əla üsuldur. 

Başqa bir yol isə tozsorandır. Ancaq tozsoranı yalnız üfürmə rejimindən istifadə etməlisiniz. Əgər o çəkmə rejimində olarsa, cihaz zədələnə bilər. Tozsoranla hava üfürülməsi klaviatura ilə ən azı 15 sm məsafədə olmalıdır.

# 3621
avatar

Sevinc Fərid

Oxşar yazılar