SpaceX ilk dəfə mülki insanları kosmosa aparacağını açıqlamışdı.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, astronavtları deyil, mülki insanları ilk dəfə kosmosa aparacaq və bu baxımdan bir ilkə imza atacaq SpaceX burada ümumilikdə dörd nəfərlik bir missiya planlaşdırır və gediş problemi olmadığı təqdirdə, 2021-ci ilin sonunda transport baş tutacaq. Kosmosa gedəcək ilk şəxsin Jared Isaacman olduğu daha əvvəl bildirmişdi. İndi isə SpaceX kosmosa gedəcək ikinci mülki şəxsin kimliyini açıqlayıb. "Inspiration4" adlı bu missiyada kosmosa 29 yaşlı Hayley Arceneaux gedəcək. Kosmosa gedən ən gənc ABŞ vətəndaşı olacaq Arceneaux, əlbəttə ki, xüsusi seçilmiş biridir. 20 il əvvəl St. Jude's Hospital xəstəxanasının xəstələrindən biri olan və 2002-ci ildə sümük xərçəngi müalicəsi görən Arceneaux, hazırda həmin xəstəxanada çalışır və missiyanın xeyriyyəçi hissəsinin nümayəndəsidir.
Missiyada yer alacaq digər iki nəfərin kim olduğu hələ açıqlanmayıb.