Kosmik aparat asteroidlə toqquşacaq: SƏBƏB
27 sentyabr 2022 18:56 (UTC +04:00)

Kosmik aparat asteroidlə toqquşacaq: SƏBƏB

NASA-nın kosmik aparatı yüksək sürətlə asteroidlə toqquşacaq.

Lent.az xəbər verir ki, bu addımın əsas məqsədi asteroidin uçuş trayektoriyasını dəyişməkdir.

Belə ki, kosmik aparat Dimorf asteroidin 27 sentyabr tarixində Bakı vaxtı ilə saat 03:14-də toqquşacağı gözlənilir. 

Elm adamları bu yol ilə Yer kürəsi üçün potensial təhlükə mənbəyi yaradacaq müxtəlif kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyirlər.

Qeyd edək ki, DART(Double Asteroid Redirection Test) adlı bu kosmik aparat təyinat nöqtəsinə 2021-ci ilin noyabr ayında yollanmışdı. Öz uçuş dövrü ərzində aparat Yerdən 11 milyon km uzaqlıqda yerləşən və 2 asteroiddən ibarət sistemə yaxınlaşmışdı.
 

# 6087
avatar

Sevinc Fərid

Oxşar yazılar