"iPhone 15" təqdim edildi - QİYMƏTLƏR
12 sentyabr 2023 22:23 (UTC +04:00)

"iPhone 15" təqdim edildi - QİYMƏTLƏR

"Apple" şirkəti "iPhone 15" modelini təqdim edib.

Lent.az-ın məlumatına görə, yeni model əvvəlki modellə o qədər də fərqli xüsusiyyətlərə malik deyil.

"iPhone 15" modelinin hələlik ən gözəçarpan fərqliliyi "Type-C" portundan istifadə xüsusiyyətidir.

Digər nəzərəçarpan xüsusiyyətlərə gəlincə, 2000 nit parlaqlığında ekran və "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"da olan 48 meqapikellik kameranı qeyd etmək olar.

"iPhone 15 Pro" və "iPhone 15 Pro Max"da olan yeniliklərdən isə əsas diqqətçəkəni gövdə materialının titandan olmasıdır.

Əvvəlki modellərdə bu, poladdan olduğu üçün ağır sayılırdı.

Titan sayəsində yeni model ən yüngünl "pro" model olub.

Eyni zamanda, "pro" seriyada səsi artırıb-alaztma düyməsi əvəzinə, sıxılabilən və müxtəlif funksiyalara inteqrasiya ediləcək düymə quraşdırılıb.

Kamerada əsas dəyişiklik ondan ibarətdir ki, burada 5 dəfəyə qədər (5X) yaxınlaşdırma dəstəklənir.

Bu, əvvəlki modeldə 3X idi.

Nəhayət, "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" prosessorunda da yenilik olub.

Hazırkı modeldəki prosessor yeni "Apple A17 Bionic" çipindən güc alır. Bu çip dünyada mobil prosessorlar arasında 3 nanometrlik  ən güclü prosessordur. 

Modellərin Amerika bazarında qiymətləri:

"iPhone 15 128GB" - 799$
"iPhone 15 Plus 128 GB" - 899$
"iPhone 15 Pro 128 GB" - 999$
"iPhone 15 Pro Max 256 GB" - 1199$

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32336

Oxşar yazılar