İkonik brend  telefon bazarına qayıtdığını elan etdi
05 iyul 2024 18:16 (UTC +04:00)

İkonik brend telefon bazarına qayıtdığını elan etdi

Cəsur dizaynlı qeyri-adi smartfonları ilə məşhur olan bir vaxtlar ikonik HTC brendi telefon bazarına qayıtdığını elan edib. 

Lent.az xəbər verir ki, bu gün yeni smartfon təqdim olunacaq.

Şayiələrə görə, şirkət orta büdcəli “HTC” şirkəti “U24 Pro” modelini hazırlayır. Hələlik insayderlər yalnız cihazın 12 GB RAM-a sahib olacağını və Snapdragon 7 Gen 3 prosessorunda işləyəcəyini, Android 14-ün isə əməliyyat sistemi olacağını bilirlər.

İstifadəçilər qarşıdan gələn elanla çox maraqlanıblar. Yazı “X”də 1,5 milyondan çox baxış toplayıb, on minlərlə bəyənmə və minlərlə repost olub.

Qeyd edək ki, məhz “HTC” şirkəti bir vaxtlar Android əsasında dünyanın ilk smartfonunu buraxıb. Bu, sürüşmə displey, fiziki klaviatura və 3G dəstəyi ilə “HTC Dream” idi. Şirkət uzun müddət bu bazarda liderlərdən biri olaraq qaldı, lakin sonradan VR-yə keçdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Sevinc Fərid

Oxşar yazılar