“Huawei” telefon satışında “Apple”ı geridə qoydu
21 oktyabr 2024 11:32 (UTC +04:00)

“Huawei” telefon satışında “Apple”ı geridə qoydu

“CINNO” analitik şirkətinin məlumatına görə, 2024-cü ilin avqustunda  “Huawei” yenidən Çin smartfon bazarında lider olub. 

Lent.az xəbər verir ki, şirkət bu nəticəyə son 46 ayda ilk dəfə nail olub.

“Huawei”nin Çin bazarındakı payı 17,5% təşkil edir. Hesabatda bildirilir ki, şirkətin tədarükləri illik müqayisədə 7,7% artaraq 140 milyon ədədi ötüb. 

Analitiklər qeyd edirlər ki, dünyanın ən böyük smartfon bazarında “Huawei” məhsullarına yüksək tələbat həm onun qabaqcıl seriyası, həm də üç qatlı “Mate XT” kimi innovativ modellər üçün mövcuddur - altı milyondan çox istifadəçi onu əvvəlcədən sifariş edib. 

Çin “Huawei”nin ən böyük bazarı olaraq qalır və şirkətin qlobal satışlarının təxminən 89%-ni təşkil edir. Və bütövlükdə Çin smartfon bazarı bu il sabit artım nümayiş etdirir.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə “Huawei” “Samsung”u keçərək qatlanan smartfonlar bazarında lider olub. Xatırladaq ki, şirkət buna öz tədarükünü yalnız bir bazarla məhdudlaşdırmaqla nail olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6957
avatar

Sevinc Fərid

Oxşar yazılar