Fransa iPhone 12-nin satışdan çıxarılmasını tələb edir - SƏBƏB
14 sentyabr 2023 04:11 (UTC +04:00)

Fransa iPhone 12-nin satışdan çıxarılmasını tələb edir - SƏBƏB

Fransa “Apple”dan ölkədə iPhone 12 satışını dayandırmağı tələb edir. Səbəb çox güclü elektromaqnit şüalanmasıdır.

Lent.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Radiotezliklər üzrə Milli Agentliyinin açıqlamasında bildirilir. Agentlik, radiasiya problemini proqram yeniləməsi ilə həll etmək mümkün olmadıqda, “Appleı Fransada satılan bütün iPhone 12-ləri geri çağırmağa çağırır.

Fransanın Rəqəmsal Naziri Jan-Noel Barro Fransanın “Le Parisien” qəzetinə bildirib ki, bu qərar elektromaqnit şüalanmasının icazə verilən həddi aşması səbəbindən verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7514

Oxşar yazılar