Ən populyar smartfon istehsalçısı AÇIQLANDI
23 aprel 2021 09:04 (UTC +04:00)

Ən populyar smartfon istehsalçısı AÇIQLANDI

"Samsung" şirkəti 2021-ci ilin birinci rübünün yekunları üzrə ən böyük smartfon tədarükçüsü olub.

Lent.az bildirir kli, bu barədə "Strategy Analytics" agentliyinin tədqiqatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, birinci rübdə Cənubi Koreya şirkəti dünya bazarına 77 milyon smartfon tədarük edib. Nəticədə korporasiyanın bazar payı 23 faiz təşkil edib. İkinci pillədə "Apple" qərarlaşıb – ABŞ istehsalçısı 57 milyon "iPhone" tədarük etməklə 17 faiz paya sahib çıxıb. Liderlər üçlüyünü 49 milyon qurğu tədarük edən və payı 15 faizə bərabər olan "Xiaomi" şirkəti tamamlayıb.

İlk beşliyə, həmçinin Çinin "Oppo" və "Vivo" şirkətləri daxildir. Onların hər birinin payı 11 faizə bərabərdir. Bununla yanaşı, ən böyük artımı ən populyar smartfon tədarükçüsü seçilən "Samsung" deyil, Çin korporasiyaları nümayiş etdirib. Çində smartfonların tədarük həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 35 faiz artaraq 94 milyon ədəd təşkil edib.

Qlobal smartfon tədarükü 340 milyon ədədə çatıb ki, bu da 2020-ci ilin birinci rübündən 24 faiz çoxdur. Analitiklər qeyd edib ki, bu, 2015-ci ildən ən böyük artımdır.

Telefonlar bazarında artıma səbəb kimi ekspertlər tərəfindən köhnəlmiş qurğu istifadəçiləri arasında tələbatın artması və beşinci nəsil mobil rabitə (5G) dəstəkli qurğuların artmaqda olan populyarlığı göstərilir. Son aylar müşahidə edilən yarımkeçiricilər çatışmazlığı vəziyyətə cüzi təsir göstərib, lakin prosessor defisti 2021-ci ilin növbəti rüblərində ciddi problemə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar